Çin ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlə əlaqədar bildirib.
“Biz ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıyıq. Pekin Tehran tərəfindən milli sabitliyin təmin olunması səylərini dəstəkləyir”,- o qeyd edib.
Xatırladaq ki, Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25%-lik gömrük rüsumları tətbiq edib. Bu addım, İranda baş verən etiraz dalğalarından sonra atılıb. (teleqraf)
