Ermənistanın hərbi büdcəsi nə qədər artıb?backend

Ermənistanın hərbi büdcəsi nə qədər artıb?

Ermənistanın müdafiə xərcləri 2018-ci illə müqayisədə 1,1 milyard dollar artıb.

KONKRET.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Onun sözlərinə görə, 2025-ci il müdafiə sektorunda islahatlar baxımından əhəmiyyətli olub və hərbi xidmət müddətinin 1,5 ilə endirilməsi əsas dönüş nöqtələrindən biridir.

Papikyan orduda nizam-intizamın yaxşılaşdırılması üçün addımlar atıldığını qeyd edib.

Suren Papikyan Müdafiə Nazirliyinin ordu üçün yeni geyim formalarının tamamilə satın alınması barədə məlumatı təkzib edib.

Ermənistanda 2026-cı il yanvarın 1-dən etibarən çağırışçılar 1,5 il xidmət edəcəklər. Əvvəllər məcburi hərbi xidmət müddəti 2 il idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*