Çin Qazaxıstanla sərhəddəki yol-keçid məntəqələrini 4 gün müddətinə bağlayacaq.
KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, məntəqələr sentyabrın 29-da, eləcə də oktyabrın 1-dən 3-dək bağlı olacaq.
Buna səbəb Çin Xalq Respublikasında keçiriləcək dövlət bayramları ilə əlaqədar tədbirlər göstərilir.
Eyni zamanda, Qazaxıstan-Çin sərhədində dəmir yolu keçid məntəqələri isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Ariz Həsənoğlu,
KONKRET.az