Cinayətkar birlik yaratmaqda təqsirli bilinən iki nəfər həbs edildibackend

Cinayətkar birlik yaratmaqda təqsirli bilinən iki nəfər həbs edildi

Cinayətkar birlik yaratmaqda təqsirləndirilən iki nəfər həbs edilib.

KONKRET.AZ-ın məlumatına görə, Bakı şəhər sakinləri – Bilal İsmayılov və Əfqan Aslanov Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik (təşkilat) yaratma, Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*