Çindən ABŞ-a daha bir ZƏRBƏbackend

Çindən ABŞ-a daha bir ZƏRBƏ

Çinin nəhəng ticarət platforması olan “Temu” ABŞ-a göndərilən məhsullar üçün “idxal haqqı” adı altında təxminən 145%-ə qədər əlavə xərc tətbiq etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu addım ABŞ prezidenti Donald Trampın yenidən tətbiq etdiyi idxal tariflərinə cavab olaraq qiymətləndirilir.

Yeni gömrük qaydalarının qüvvəyə minməsindən sonra “Temu” platformasında bəzi məhsulların qiymətləri 130%-dən 150%-ə qədər artıb.

Bu da onların ilkin dəyərini iki dəfədən çox üstələyən rəqəmlərə çatmasına səbəb olub.

Sözügedən artım amerikalı istehlakçılar üçün onlayn alış-verişdə əhəmiyyətli maliyyə yükü yaradıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*