Çindən Rusiya və ABŞ liderlərinin görüşünə REAKSİYAbackend

Çindən Rusiya və ABŞ liderlərinin görüşünə REAKSİYA

Çin Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilməsi planlaşdırılan görüşünü müsbət qiymətləndirib.

KONKRET.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian açıqlama verib.

Lin Cian bildirib ki, Pekin böhranın sülh yolu ilə həllinə kömək edən bütün təşəbbüsləri dəstəkləyir:

“Çin Rusiya ilə ABŞ arasında əməkdaşlığı, tərəflər arasında münasibətlərin yaxşılaşdırılmasını və Ukrayna böhranının siyasi həllinin irəliləyişini alqışlayır” – deyə diplomat vurğulayıb.

O, həmçinin ümid etdiyini bildirib ki, bütün münaqişə və maraqlı tərəflər vaxtında sülh danışıqlarına qoşulacaq və qısa müddətdə ədalətli, uzunmüddətli və məcburi sülh sazişi əldə olunacaq.

Kreml və Ağ Ev bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın 15 avqustda Alyaskada görüşəcəyini açıqlayıb. Görüşün dəqiq yeri hələlik Moskva və Vaşinqton tərəfindən açıqlanmayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*