Çin Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqların bərpası üçün əlverişli şərait yaradılmalıdır.
KONKRET.az xəbər verir ki, nazirliyin sözçüsü Lin Jian Rusiya-Ukrayna danışıqları ilə bağlı keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
“Qeyd etmək istərdim ki, Rusiya-Ukrayna münaqişəsinin ilk günündən Çin sülh danışıqlarının təşviqinə, böhranın dialoq yolu ilə həllinə sadiq olub. Çin hesab edir ki, bütün tərəflər Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların bərpası üçün əlverişli şərait yaratmalıdır. Çinin mövqeyi hər zaman ardıcıl və aydın olub”, – deyə Lin Jian bildirib.
Aynurə İsmayıl
KONKRET.az