Co Bayden Azərbaycanı belə “təbrik etdi” – “Erməni Soyqırımı faktı inkar edilməməlidir”backend

Co Bayden Azərbaycanı belə "təbrik etdi" - “Erməni Soyqırımı faktı inkar edilməməlidir”

“Erməni Soyqırımı faktı inkar edilməməlidir”

KONKRET.AZ xəbər verir ki, Azərbaycan “Əsrin müqaviləsi”nin 25 illiyini qeyd etdiyi ərəfədə ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden AY Dat Amerika Komitəsinə (ANCA) heç bir səbəb olmadan məktub göndərib. Əslində onun ölkəmizin rəhbərliyinə təbrik məktubu göndərməsi daha məqsədəuyğun olardı. Görəsən, Baydenin məhz bu gün həmin məzmunda məktub yazması tam təsadüfdürmü, yoxsa…

Qeyd edək ki, vitse-prezident ünvanlandırdığı məktubunda bildirib ki, Birləşmiş Ştatlar erməni soyqırımı ilə bağlı mövqeyini birdəfəlik ifadə etməlidir. Baydenin məktubu 20 sentyabr cümə günü ANCA rəsmi saytında yayımlanıb:

“Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. Bir milyon yarım erməni kişisinin, qadınının və uşağının ölümünə, iki milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq. Əgər onu tam tanımasaq, xatırlamasaq və övladlarımıza ötürməsək, “bir daha heç vaxt” sözləri öz mənasını itirəcəkdir. Soyqırım faktını xatırlaya bilməməyimiz və inkar etməyimiz gələcəkdə kütləvi vəhşiliklər üçün yeni yollar açır”.

Qeyd edək ki, Co Bayden ABŞ-da 3 noyabr 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*