Con Kerri İsraili İrana satıb – Senatorlardan TƏLƏBbackend

Con Kerri İsraili İrana satıb – Senatorlardan TƏLƏB

ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar Cozef Baydenə çağırış edərək, keçmiş dövlət katibi və hazırda prezidentin iqlim məsələləri üzrə müşaviri olan Con Kerri ilə bağlı təhqiqat başlatmasını istəyiblər.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Foks Nyus” yayıb.

Məlumata görə, onlar Kerrinin İrana İsrailin məxfi əməliyyatları barədə informasiya sızdırdığını bildiriblər.

Ümumilikdə çağırışa 19 senatorun qoşulduğu bildirib. Senatorlar Baydendən həmçinin Kerrinin Təhlükəsizlik Şurasından uzaqlaşdırılmasını da tələb ediblər.

Qeyd edək ki, bundan öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb. Səs yazısında İran XİN rəhbəri Kerrinin ona İsrailin Suriyada İran obyektlərinə əməliyyat keçirməsi barədə məlumat verdiyini bildirib. Kerri özü yayılan məlumatı təkzib edib.

ABŞ Dövlət katibi Entoni Blinken isə yayılan məlumatları cəfəngiyyat adlandırıb./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*