Conson günahını etiraf etdi: “Hamıdan üzr istəyirəm”backend

Conson günahını etiraf etdi: “Hamıdan üzr istəyirəm”

Böyük Britaniya Baş naziri Boris Conson 2020-ci ilin may ayında karantin rejimi qaydalarını pozaraq Davinq Stritdə keçirilən ziyafətə qatıldığını etiraf edərək, xalqdan üzr istəyib.

KONKRET.az xəbər verir ki, İcmalar Palatasındakı sual-cavabda iştirak edən Conson COVID-19 qaydalarının pozulduğu partiyə qatıldığını açıqlayıb.

Partidə 25 dəqiqə qaldığını deyən Conson bu addımı işinin tərkib hissəsi kimi atdığını bildirib.

Müxalifətdəki Leyboristlər Partiyasının lideri Keir Starmer, “Consonun iştirak etdiyi tədbirin parti olduğunu anlamaması absurddur” deyərək onu istefaya çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*