Corc Qafarovdan daha bir AÇIQLAMAbackend

Corc Qafarovdan daha bir AÇIQLAMA

KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev tərəfiindən mənzil bağışlanan aktyor, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov sualları cavablandırıb.

– Sizə Prezident İlham Əliyev tərəfindən mənzil hədiyyə edildi. Təəssüratlarınızı bilmək istərdik.

– Cənab Prezident İlham Əliyevin verdiyi sərancamla Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən mənzil bağışlanıb. Dövlət himayəsində böyümüşəm, 2 saylı uşaq evində yaşamışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən adıma daşınmaz əmlakın olub-olmadığı tam dəqiqləşdikdən sonra mənzil verildi. Bir müddət əvvəl mən və qardaşım evimiz olmadığına görə, Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik. Mən və qardaşım uşaq evində böyümüşük. Mənzil Sumqayıtda yerləşir, bir otaqlıdır.

– Evə nə zaman köçəcəksiz?

– İnşallah, yaxın günlərdən köçəcəyəm. Düzdür, işlərim paytaxtda olur, amma orada yaşayacağam.

– Mövsüm sonudur, qarşıda yaradıcılıqla bağlı nə kimi planlarınız var?

– Akademik Milli Dram Teatrından tətilə çıxdıq. Artıq serial çəkilişlərimiz də bitir. Amma yeni mövsümdə teatrda yeni işlərimiz olacaq. Bununla yanaşı Türkiyədən iş təklifi də var. Onu dəyərləndirməyi düşünürəm.

– İş təklifi serial ilə bağlıdır?

– Bəli, Türkiyədən serialdan təklif var.

– Serial haqda məlumat verə bilərsiniz?

– Serial haqqında məlumat verilməyib. Sadəcə olaraq xarici görünüşüm, fakturam və oyun tərzim xoşlarına gəlib. Türk dili ilə bağlı məsələ qalıb. Təsdiqləndikdən sonra serial haqda məlumat veriləcək. Əgər türk dilində danışmağım da xoşlarına gələcəksə, layihə həyata keçəcək. Bundan sonra Türkiyədə serialın çəkilişləri başlayacaq.

– Yaxın günlərdə evlənməyiniz haqda xəbər yayıldı. Bu nə dərəcədə düzgün idi?

– Evlənəcəyimi deməmişəm, bu haqda danışanlar başqaları olub. Hələ ki, evlənmirəm. Evlənsəm, yəqin ki hamının xəbəri olacaq.

– Hazırda şəxsi həyatınızda kimsə varmı?

– Xeyr, şəxsi həyatımda kimsə yoxdur.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*