COVID pasportuna görə neçə müəllim məktəbə buraxılmır? – Rəsmi CAVABbackend

COVID pasportuna görə neçə müəllim məktəbə buraxılmır? - Rəsmi CAVAB

Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərinə COVID-19 pasportu olmaması səbəbilə buraxılmayan müəllimlər haqqında məlumat verib.

KONKRET.az xəbər verir ki, əyani tədris prosesinin başlandığı sentyabr ayının 22-dən bu günədək belə bir fakt qeydə alınmayıb.

Qeyd edək ki, sentyabrın 22-dən Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb. Sentyabrın 29-dan isə digər siniflər və ali təhsil müəssisələrində  tədris əyani formada başlayacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən, təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək. /modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*