COVID peyvəndinə artıq ehtiyac qalmadı – Terapevtdən MÜHÜM AÇIQLAMAbackend

COVID peyvəndinə artıq ehtiyac qalmadı – Terapevtdən MÜHÜM AÇIQLAMA

Payız-qış mövsümündə havaların soyuması ilə yanaşı, respirator virus infeksiyalarının da artması müşahidə olunur. İnsanlar arasında qrip, soyuqdəymə və digər tənəffüs yolu xəstəliklərinin çoxalması bəzən virusların güclənməsi ilə əlaqələndirilsə də, mütəxəssislər bu fikirlə razılaşmırlar. Onların sözlərinə görə, əsas səbəb orqanizmin müqavimətinin zəifləməsi və insanların özlərini düzgün qoruya bilməməsidir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, soyuq aylarda insanların geyimə və temperatur dəyişikliklərinə qarşı ehtiyatsız davranması, immunitetin zəifləməsinə gətirib çıxarır:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Qış aylarında virus infeksiyalarının yaranması virusun miqdarının çoxalması ilə bağlı məsələ deyil. Sadəcə, insanlar soyuq havalarda kifayət qədər isti geyinmədikdə və bədəni soyuqdan qorumadıqda, orqanizmin müqaviməti aşağı düşür. Nəticədə soyuqdəymə və virus infeksiyaları üçün şərait yaranır,” – deyə həkim qeyd edib.

Terapevt bildirib ki, bu cür infeksiyalar demək olar ki, bütün ölkələrdə, hər bir ev mühitində mövcuddur:

“Viruslar hər zaman ətrafımızdadır. İnsan yoluxduqda isə infeksiya inkişaf edir. Soyuq havalarda xəstəliklərin çoxalmasının səbəbi virusların artması yox, insanların özlərini lazımi səviyyədə qoruya bilməməsidir.”

Rasif Bağırov həmçinin peyvəndlərlə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, COVID-19 əleyhinə peyvənd 2023-cü ildən etibarən başa çatıb və hazırda həmin peyvəndin vurulmasına ehtiyac yoxdur:

“COVID əleyhinə peyvənd spesifik olaraq həmin virusa qarşı hazırlanmışdı. Qrip əleyhinə peyvənd isə fərqli tərkibdədir və bütün qrip növlərini əhatə etmir. O, əsasən bir həftədən artıq davam edən bəzi viruslara qarşı qoruyucudur. Yeni növ viruslar yarandıqda həmin peyvənd onların qarşısını ala bilmir.”

Həkim əlavə edib ki, qrip və COVID peyvəndləri arasında xüsusi zaman aralığı saxlamağa ehtiyac yoxdur, çünki hazırda COVID peyvəndi tətbiq edilmir və qrip əleyhinə peyvəndlər mövsümi xəstəliklərə qarşı profilaktik tədbir kimi istifadə oluna bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*