backend

Çoxmilyonluq tikinti tenderləri – SİYAHI, MƏBLƏĞLƏR

Son bir neçə ildə Azərbaycan dövlət qurumları arasınla tikinti işlərinin ən böyük alıcılarından birinə çevrilmiş Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti çox milyonluq tenderlərinin nəticələrini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Agetlik Bakının Yasamal və Suraxanı rayonlarında, eləcə də Gəncə şəhərində güzəştli evlərin tikintisi, bu evlərdə və ərazidə müxtəlif işlərin görülməsi üçün böyük tenderlərin nəticələrini açıqlayıb. 12 iri tenderin qalibləri bir neçə iri şirkət olub.

Ən böyük tenderləri “Enerji Qrup” MMC, elektrik quraşdırma müəssisəsi və “DİADEM” MMC tikinti şirkəti qazanıb.

“Enerji Qrup” MMC, elektrik quraşdırma müəssisəsi 10.7 milyon manata Yasamaldakı kompleksdə enerji təminatı işləri görəcək. “DİADEM” MMC isə 5,9 milyon manata Yasamalda 9 və 16 mərtəbəli iki bina tikəcək.

MİDA-nın tenderləri və onların qalibləri aşağıdakılardır:

Qalib şirkət İşlər Məbləğ
Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin Baki Dövlət Layihə Institu Gəncə şəhərində Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması 225 474 AZN
AS TİKİNTİ MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində 9 mərtəbəli 2 bloklu yaşayış binasının tikinti işləri 2 986 506 AZN
QAZ OİL BUİLDİNG MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində sahəxarici və sahədaxili qaz təminatı işləri 700 090 AZN
CHİNAR İNSHAAT MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində 45 nömrəli və 47 nömrəli 125 yerlik uşaq bağçalarının (qazanxana binaları ilə birlikdə) tikinti işləri 3 638 286 AZN
MERKURİ-İNŞAAT MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində 48 və 49 nömrəli qeyri-yaşayış binalarının, 2 ədəd polis məntəqəsinin və 2 ədəd qazanxananın (məktəb və 46 nömrəli uşaq bağçası üçün) tikinti işləri 1 644 893.83 AZN
MERKURİ-İNŞAAT MMC, (CONCO MMC KONSORSİUM) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binasının tikinti işləri 3 025 851 AZN
DİADEM MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində 13 nömrəli 9 mərtəbəli 2 bloklu və 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikinti işləri 5 940 522 AZN
MƏNZİL KİÇİK MÜƏSSİSƏSİ Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 hektar ərazidə yaşayış kompleksinin tikintisinin layihələndirilməsi məqsədi ilə mühəndis-geoloji və geofiziki tədqiqat işləri 25 300 AZN
HİDROLOQ MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar ərazidə inşası aparılan yaşayış kompleksi üzrə özüaxımlı kanalizasiya xətti, təzyiqli kanalizasiya xətti və kanalizasiya nasos stansiyasının layihələn¬dirilməsi 47 850 AZN
19 sayli tikinti təmir idarəsi MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində istinad divarları, sahədaxili abadlıq və yaşıllaşdırma işləri 3 728 425 AZN
19 sayli tikinti təmir idarəsi MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin çəkilməsi 3 636 018 AZN
Enerji Qrup MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində sahəxarici və sahədaxili elektrik enerjisi təchizatı 10 753 729 AZN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*