“Crocus” qəhərəmanı İslam Xəlilov mükafatlandırılıdıbackend

“Crocus” qəhərəmanı İslam Xəlilov mükafatlandırılıdı

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktı zamanı tamaşaçıları xilas edən İslam Xəlilov Rusiya universitetlərindən birində təhsil almaq üçün qrant alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 15 yaşlı gəncin mükafatlandırma mərasimi Ruisyanın Dövlət Dumasında baş tutub.

Mərasimdə “Qırğızıstanla Dostluq Cəmiyyətinin” nümayəndələri, Qırğızıstan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun üzvləri və Qırğızıstanın Rusiyadakı səfiri iştirak ediblər.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall”un qarderobunda çalışan İslam Xəlilov və digər məktəblilər yol göstərməklə insanların sağ-salamat ticarət mərkəzindən çıxmasına nail olublar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*