Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandıbackend

Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçumuz bürünc medal qazanıb.

KONKRET.az xəbər verir ki, kişilər arasında keçirilən yarışın dörddəbir finalında Nicat Şıxəlizadə (66 kiloqram) bürünc medal uğrunda Kilian Le Bluya qalib gələrək üçüncü yeri tutub.

Digər təmsilçimiz, onunla eyni çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Murad Çopanova uduzaraq medalsız qalıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*