Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır – Rusiya güc strukturları hərəkətə keçdibackend

Dаğıstan dövlət katibinin kabinetində axtarış aparılır – Rusiya güc strukturları hərəkətə keçdi

Dağıstan Dövlət katibinin kabinetində axtarışlar başlayıb.

KONKRET.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində axtarış aparır. Axtarışlar Respublika rəhbərliyi və hökumət binasında – rəsmi administrasiya daxilində həyata keçirilir.

Hazırda axtarışın səbəbi və istintaqın detalları açıqlanmayıb. Rusiya güc strukturlarından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, son aylarda Dağıstanda yüksək vəzifəli məmurlarla bağlı korrupsiya və sui-istifadə hallarına dair araşdırmalar intensivləşib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*