Daha bir ölkə Ukraynaya tank göndərəcəkbackend

Daha bir ölkə Ukraynaya tank göndərəcək

Norveç yaxın vaxtlarda Almaniya istehsalı olan “Leopard” tanklarını Ukraynaya verə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Dagens Nringsliv” nəşri məlumat yayıb.

Bildirilir ki, Norveç 8-ə qədər tank göndərməyi planlaşdırır. Norveç hökuməti yeni tankların alınması ilə bağlı da razılıq verə bilər.

Yanvarın 23-də Norveçdə Xarici İşlər və Müdafiə üzrə genişləndirilmiş komitənin iclası keçirilib. İclas Ukraynaya hərbi yardıma həsr olunub. Görüş Almaniya Xarici İşlər Nazirliyinin “Leopard 2″nin təkrar ixracına qadağa qoymayacağını elan etdiyi gündən bir gün sonra təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*