Meksikada koronavirusun “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.
Onun sözlərinə görə, virus Cənubi Afrika Respublikasından (CAR) gələn vətəndaşda aşkarlanıb.
51 yaşlı şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir.