Nepalda Çin sosial media platforması olan “TikTok” qadağan olunub.
KONKRET.az xəbər verir ki, bu barədə yerli hökumət qərar qəbul edib.
Buna “TikTok”un ölkədəki ictimai quruluşu pozması səbəb göstərilib.
Rabitə və İnformasiya Texnologiyaları Naziri Reka Şarma, platformanın etiraz doğuran məzmun yaydığını söyləyib.