DÇ-2022-yə görə daha bir tələbbackend

DÇ-2022-yə görə daha bir tələb

Qətərdə DÇ-2022-yə sayılı günlər qalmış daha bir sağlamlıq tədbiri ilə əlqədar tələbi açıqlanıb.

KONKRET.az xəbər verir ki, mundialı canlı izləyəmək istəyən əcnəbi azarkeşlər ölkəyə giriş üçün son 48 saat ərzində götürülmüş koronavirusla bağlı mənfi test nəticəsi təqdim etməli olacaqlar.

Azarkeşlər səfərdən öncə “Ehteraz” adlı proqramı telefona yükləməli və testin nəticəsini bu tətbiqə yerləşdirməlidir. Lakin bildirilir ki, bu qərar yaşı 18-dən aşağı olan şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Görüşlər 5 şəhərdəki 8 stadionda oynanılacaq.  Mundialın açılış matçında A qrupunda Qətər Ekvadorla üz-üzə gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*