Dəhşətli qəzada Aytənin günahı olub? – Özü danışdıbackend

Dəhşətli qəzada Aytənin günahı olub? - Özü danışdı

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var.

Aparıcı qəza keçirdiyi ilk günlərlə müqayisəyədə indi özünü daha yaxşı hiss edir.

KONKRET.az xəbər verir ki, bu barədə ANS-in sabiq əməkdaşlarından biri məlumat verib. Keçmiş iş yoldaşı Aytən Səfərovanı tez-tez ziyarət etdiyini bildirib.

“İndi daha yaxşıdır, qabırğalarındakı ağrıları nəzərə almasaq, səhhətində heç bir fəsad qalmayıb. Yəqin ki, yaxın 1 həftə, 10 gün ərzində evə buraxılacaq”.

O, Aytən Səfərovanın məlum AYxan Əliyev adlı gəncin həyatını itirməsinə görə, dərin sarsıntı keçirdiyini bildirib.

Aparıcı baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir. (Yeni Sabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*