Xəbər verdiyimiz kimi, ötən gün Nazim Hüseynovun idarə etdiyi “Neoplan” markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, qəzada həyatını itirən şəxs 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva olub.
O, ötən il yüksək balla Azərbaycan Texniki Universitetinə qəbul olub.
Həyatını itirən gənc orta məktəbi Sumqayıtda oxuyub.(modernaz)