Dekabr ayının ən isti günü açıqlandıbackend

Dekabr ayının ən isti günü açıqlandı

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”. 

KONKRET.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan 6.2 dərəcə yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: “Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*