“Qusar rayonunun Caqar kəndində 5 nəfərin zəhərlənməsi ilə bağlı mediada yayılan informasiyaların bizim otelə heç bir aidiyyəti yoxdur”.
KONKRET.az-a bu barədə məlum hadisədə adı hallandırılan “Deluxe Park Qusar” otelinin rəsmisi Ruslan Əsgərov məlumat verib.
Bildirib ki, adıçəkilən oteldə heç bir zəhərlənmə hadisəsi baş verməyib.
“Bunu həkimlər və zərərçəkənlərin özləri də bəyan ediblər. Zəhərlənən şəxslər təsdiq edir ki, bizim mərkəzdə nahar etməyiblər”, – deyə otel rəsmisi məlumatı təkzib edib.
Xatırladaq ki, ötən gün Qüsarın Caqar kəndində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Nəticədə 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Fərid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az