Deputat arvadını vəzifəyə təyin etməsi söhbətinə aydınlıq gətirdibackend

Deputat arvadını vəzifəyə təyin etməsi söhbətinə aydınlıq gətirdi

“Universitetdə rektor var, əmri də o verir”.

KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib.

O, əmisi qızı Samirə Vəliyevanı Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri vəzifəsindən azad etməsi, həmin vəzifəyə xanımı Nərminə Vəliyevanın gətirməsinə görə tənqidə münasibət bildirib.

S.Vəliyev bildirib ki, universitetlə bağlı əmrləri vermək onun səlahiyyətləri xaricindədir. “Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”.

Deputat son vaxtlar Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili, professor Əhməd Vəliyevin səhhətində problem yarandığı üçün universitetə nəzarəti özünün həyata keçirilməsinə də aydınlıq gətirib:

“Xeyr, yalan söhbətdir, elə bir məsələ də yoxdur”.

Xatırladaq ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*