Deputat: “Maaşımız artırılsa, yaxşı olar…”backend

Deputat: “Maaşımız artırılsa, yaxşı olar...”

“Deputatların maaşının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır…”

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik.  Benzin, amortizasiya xərcləri, maddi məsələlər var… Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, – deputat bildirib.

  • Vahid
    İyun 21, 2022 - 13:48

    Aqil m.m tez tez deyəndə ki,ildə maksimum iki dəfə görüşləriniz olur,onu da qatırşınız haqq hesaba.Mən təmsil olunduğum rayonu yazsam,buranın heç deputatının üzünü belə seçiləndən görməmisik.

  • Omer
    İyun 21, 2022 - 15:39

    Artirildi. Xeyirli olsun. Ozude yaxsi artib. Elavelerle bir yerde 10 min civarinda. Amma bu elaveler axi ne demekdir? Ele maas olsun da.. Kimi aldadirlar? Oxuyuramki masdarin, muavimetlerin artimi a, pensiya ya verilen maddi yardimi artimi a pul ayrilib. Niye maddi yardim? Ele 5 manat artirin pensiyalarda. Pensionerler beyem yaddi. Minumum ardi yaxsi. Bes 300 Alan neynesin? Insanlarin maddi yardim oyret. Eyin.. Pensiyalarinin artirin.??? Eger %Le artirmaq size serf etmirse ele mueyyen miqdarda hamiya eyni artirin. Amma pensiya artsin. Yardim yox.. Ayibdi

  • Vüqar
    İyun 21, 2022 - 16:29

    Teklif edirəm ki,deputatların sayını da artırsınlar.1000-2000 arası olsun..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*