Deputat olmaq istəyən 16 namizəd qeydə alınıbbackend

Deputat olmaq istəyən 16 namizəd qeydə alınıb

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb.

KONKRET.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Ümumilikdə seçiklərdə iştirak etmək üçün 1611 namizəd müracit edib. M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən, 13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərinin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1012 nəfəri isə imza vərəqələrin artıq götürüb. 124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*