Deputat rusiyayönlü mövqeyinə görə partiyadan QOVULDUbackend

Deputat rusiyayönlü mövqeyinə görə partiyadan QOVULDU

Qazaxıstanın “Ak Jol (“İşıqlı yol”) Demokrat Partiyası parlamentin aşağı palatasının deputatı Azamat Abildayevi sıralarından xaric edib.

KONKRET.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, deputat bir müddət əvvəl müsahibəsində Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyini bildirib.

Məlumata görə, yanvarın 18-də Azamat Abildayev “Azadlıq” radiosuna müsahibəsində Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini bildirib və Ukrayna hakimiyyətini “nasist” adlandırıb.

Bildirilib ki, onun deputat mandatına xitam verilməsi ilə bağlı MSK-ya məktub göndərilib.

Partiyanın açıqlamasında qeyd olunub ki, qovulan deputatın sözləri onların mövqeyinə ziddir, partiya və deputat etikasını pozur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*