“Birmənalı olaraq, transgenderlərin cəzalandırılmasının, ölkədə əxlaq polisinin yaradılmasının tərəfdarıyam. Belə üzdəniraqların nəinki özlərinin siyasi partiya yaratması, heç başqa partiyalara üzv olması da lazım deyil. Allah eləməsin ki, eləsi gəlib mənim partiyama üzv olmaq istəsin”.
KONKRET.az bildirir ki, bunu Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli tranagenderlərin Bakıda ötən gün baş tutan aksiyası barədə danışarkən deyib.
Deputat transgendərləri “üzdəniraq” adlandırıb: “Onlar barədə mövqeyim dəyişməzdir: “Həmin üzdəniraqlar öz əxlaqsızlıqlarını bioloji xəstəlik kimi qələmə verirlər. Mən bununla qətiyyən razı deyiləm. Çox yaxşı bilirəm, bu, siyasi-ideoloji xətdir və Azərbaycanı içəridən məhv etməyə yönəldilib. Sovet dövründə bu, cinayət əməli hesab edilirdi. Tərəfdarıyam ki, belə şəxslər cəzalandırılsın və məsələ ilə bağlı Cinayət Məcəlləsində müvafiq maddələr əlavə edilsin. Onların hansı hüquqlarını müdafiə etməliyik ki?! Transgendərlər öz əxlaqsızlıqlarını liberal azadlıq kimi təqdim edirlər. Bu, mənim cəmiyyətimə, dinimə və mənəviyyatıma ziddir. Təəssüf edirəm ki, Azərbaycanda bir sıra mənfi tendensiyalar – transgendərlik, narkomaniya genişlənib. Belə vəziyyətdə cəmiyyətin gələcəyinə ümid etmək olmaz”.