Deputatdan YAŞAT Fondu və pandemiyaya ilə bağlı ÇAĞIRIŞbackend

Deputatdan YAŞAT Fondu və pandemiyaya ilə bağlı ÇAĞIRIŞ

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb.

KONKRET.az-ın məlumatına görə, deputat bildirib ki, Ramazanın ən gözəl ənənəsi yardımlaşma, dəstək verməkdir. Bu mənada millət vəkili həmkarlarına, o cümlədən iclasda iştirak edən Hesablama Palatasının üzvlərinə müraciətlə hər kəsi YAŞAT Fonduna miqdarından asılı olmayaraq, növbəti dəfə vəsait köçürməyə çağırıb:

“YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”.

Deputat həmçinin çıxışında son günlər koronavirusdan ölüm saylarının artmasından dolayı narahatlığını da ifadə edib:

“Pandemiya bütün dünyada gündən-günə genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Əgər vaksin ehtiyatlarımız varsa, televiziyalarda sosial çarxlar yayınmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var. Təbliğat işləri yetərli deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*