Deputatlara “TikTok” QADAĞAN EDİLDİbackend

Deputatlara "TikTok" QADAĞAN EDİLDİ

Çexiya parlamenti deputatlara TikTok-dan istifadə etməyi qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb. Bildirilir ki, Çində hazırlanmış “TikTok” mobil proqramından istifadəyə qadağa Çex parlamentində təqdim edilib.

Qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun (NUCIB) tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. O, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.

“TikTok” ilk növbədə xidməti vəzifələrini yerinə yetirərkən istifadə olunan elektron cihazlardan çıxarılmalıdır.

Parlamentin işçi şəbəkəsinin buna mane olacağı bildirilir.

NUKIB tətbiqi əhəmiyyətli təhlükəsizlik riski hesab edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*