İranda bu gün bir qrup vətəndaş Cystagon dərmanının qiymətinin kəskin şəkildə artmasına etiraz etmək üçün paylama mərkəzlərinin qarşısında toplaşıb.
Etirazçılardan birinin sözlərinə görə, bu dərmanın qiyməti bir ay ərzində 500 min tüməndən 45 milyon tümənə qədər artıb.
KONKRET.az xəbər verir ki, məlumatlara görə, polis əməkdaşları etirazçıları dağıtmaq üçün tədbir görüb və bu, vətəndaşların mənfi reaksiyası ilə qarşılaşıb.
Bu hadisə, dərman qiymətlərinin astronomik artımı habelə benzin qiymətinin artması ilə birlikdə cəmiyyətin səbrinin sınandığını və milli qəzəbin yaxınlaşdığını göstərir.
Ağagül Mürsəlov,
KONKRET.az
