“Deyək ki, diplomlar mən nazir olanda verilib, bəs…” – Misir Mərdanovbackend

"Deyək ki, diplomlar mən nazir olanda verilib, bəs..." - Misir Mərdanov

Ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib.

KONKRET.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin təkrar sertifikasiya imtahanında zəif nəticə göstərməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Sertifikasiya imtahanında aşağı nəticə göstərən müəllimlərin böyük əksəriyyəti 15 ildən daha çox pedaqoji staja sahib olan pedaqoqlar olduğu ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkədəki müzakirələrdə sertifikasiyadan keçməyən minlərlə müəllimə diplomun sabiq təhsil naziri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun nazir olduğu zaman verildiyi qeyd olunur və əksəriyyət də onu günahlandırır.

Məsələ ilə bağlı sabiq nazir Misir Mərdanov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, diplomu məzunlara nazir yox, ali məktəblər verir:

“Deyək ki, diplom mənim nazir olduğum vaxtda verilib, bəs o müəllimlər son 11 il ərzində bu biliklə necə işləyiblər? Nəhayət, belə bir fikir söyləmədən əvvəl onu dəqiq əsaslandırmaq lazımdır. Hesab edirəm ki, bu tip fikirlər nazirliyin deyil, ayrı-ayrı şəxslərin fikirləridir”.

  • Gülmirə
    İyun 13, 2024 - 22:50

    Mən bildirmək istəyirəm ki, sertifikasiyadan ikinci şans da kəsilən müəllimlər qısa olaraq 20 il işləsələrdə belə onlar öz ixtisası üzrə nə riyaziyyat nə də Azərbaycan dilini tədris etmiyiblər. 20 il texnologiya dərsi keçən müəllim necə gedib riyaziyyatdan imtahan versin. Burdan belə qərara gəlmək olarki nazirlik sertifikasiya imtahanı üçün lazımı qərarları düzgün qoymayıb.Çünki ixtisasdan dərs keçməyən sinfi olmayan ibtidai sinif müəllimin , o zaman imtahan etməliydiki, müəllim artıq sinif götürüb öz ixtisası üzrə fəaliyyət göstərmək istəyəndə.Müəllim adına hörmət edin. Hərə bir mikrafon götürüb düşüb düzlər müəllimə lağ edir. Ayıbdır.

    • Sevinc
      İyun 14, 2024 - 07:53

      Cox dogru yazmisiniz. Her muellimi oz ixtisasi uzre yerleshdirsin oz fenni uzre dersle temin etsinler sonra muellimleri imtahan etsinler. Ayibdiee. Bu Nazirleri ,memurlari Azerbaycan muellimleri tehsil verib cemiyyet ucun xeyirli olsunlar deye yetishdirib. yoxsa hansisa telebenin pulu cox olub gedib xaricd gezib gelib nazir olub aglina ne gelir bu qeder muellime eziyyet etmeye haqqi yoxdu. dovlet mtahani 1 defe veriler diplom alinar izhle temin olunar .Emin Emrullayev nazir olannan muellimleri yigib bogaza .her il imtahan olar ? Bu lazimsiz imtahanin qarshisi alinmalidi.

    • Loğman
      İyun 14, 2024 - 10:00

      Səhiyyə, vergi, gömrük, icra hakimiyyəti, məhkəmə, və s.-cəmiyyətin bütün sahələrindən ən abırlısı təhsil sistemidir, onu da utanmadan pis günə qoyurlar.

    • Loğman Məmmədov
      İyun 14, 2024 - 10:01

      Səhiyyə, vergi, gömrük, icra hakimiyyəti, məhkəmə, və s.-cəmiyyətin bütün sahələrindən ən abırlısı təhsil sistemidir, onu da utanmadan pis günə qoyurlar.

  • Zamina Elturan
    İyun 14, 2024 - 00:21

    Savadsız müəllimləri elə savaddan xəbəri olmayan ” müəllimlər” yetişdiriblər.

  • Nizami
    İyun 14, 2024 - 06:39

    Ayın iyunun 8 də olan ibtidai müəllimlərə keçirilən Sertifikasiyasda çox saxtakarlıqlar olub

  • Nizami
    İyun 14, 2024 - 06:43

    Ayın 8 də keçirilən sertifikasiyada saxtakarlıqlar çox olub zəhmət olmazsa bunuda aydinlaşdirsinlar sonra kompüterin tez tez sönüb yanması da vacibdir

  • Loğman
    İyun 14, 2024 - 10:09

    Səhiyyə, vergi, gömrük, icra, hüquq, polis və s. bütün sahələrdən ən abırlısı təhsil sistemidir. Onu da abırsızlar abırsız günə qoyurlar.

  • Ahmed
    İyun 14, 2024 - 11:19

    Bu ölkə təpədən dırnağa kimi korrupsiya içindədi bundan faydalanan dələduzlar əziyyət çəkənsə adi vətəndaşlardı. Bu ölkədə rejim dəyişməyincə yaxşıya doğru heçnə dəyişməyəcək

  • Saidə
    İyun 14, 2024 - 14:43

    Təzədən imtahan versin müəllimələr sinifi olmayan müəllimələr nəzərə alınsın balı aşağı olsun

  • Yadigar
    İyun 15, 2024 - 10:35

    Bircə bunu deyə bilərəm ki, bu günkü Təhsilimizin bərbad vəziyyətdə olmasının səbəbkarları elə yuxarı başda oturanların böyük günahıdır çünki onların başları qarşıb özlərinə pul var dövlət yığmaqla məşğuldurlar ona görə də Ölkədə Təhsil Mədəniyyət narkomaniya fahişəlik baş alıb gedir bununda səbəbkarları müftə yeyən yüksək vəzifədə oturanlar sonra deputatlar hər birinin kifayət qədər günahları var özləri üçün Qarabağda özlərinə yer yurd hazırlayırlar necə ki, Bakını öz aralarında bölüşüblər eynən elə adam alışıb odlanır ki, bir Vətəndaş kimi bilmirəm ki, bizim bu Ölkəni kim yaxuda kimlər idarə edir.

  • Nısimi
    İyun 17, 2024 - 21:28

    Deyilənə görə az şagirdi olan kənd məktəbləri 9 illik olacaq?1) həmin şagirdlırdlərin sonrakı aqibəti necə olacaq mis: üçün_qız uşaqların kənd məktəblərində gücün təhsilə cəlb edirlər bəs 7-10-15 km aralı məsafədə aparıb yad kəndlərdə necə oxudacaqlar
    2)neçə işci_müəllim havada qalacaq təxminən 1 məktəbdə 15 işci işin itirir
    Odurki yəqinki cənab nazir bu kimi işləridə nəzərdə saxlayar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*