DİN-dən bir yaşlı uşağın bağçada döyülməsi iddialarına – REAKSİYAbackend

DİN-dən bir yaşlı uşağın bağçada döyülməsi iddialarına - REAKSİYA

Mingəçevirdə 1 yaşlı uşağın bağçada döyüldüyü iddiası ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, körpələr evində azyaşlıya xəsarət yetirilməsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə  də ərazi üzrə polis orqanına hər hansısa bir müraciət daxil olmayıb. Ancaq xəbər saytlarında dərc olunan iddialarla bağlı körpənin valideyni Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət edilib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*