DİN əməliyyat keçirdi, üç şəxsdən 35 kq narkotik vasitə aşkarlandıbackend

DİN əməliyyat keçirdi, üç şəxsdən 35 kq narkotik vasitə aşkarlandı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*