DİQQƏT: Bank kartı olanlar ehtiyatlı olun, əks təqdirdə…backend

DİQQƏT: Bank kartı olanlar ehtiyatlı olun, əks təqdirdə...

Kartlarınız necə oğurlanır?
Fəaliyyət göstərən xüsusi saytlar mövcuddur ( Alteneen və 30+)
Bu saytlar vasitəsilə nə edirlər?
X adlı şəxs sizinlə bir ortamda işləyir, gündəlik olaraq hansısa alış veriş işiniz olur, yaxud tez-tez kart məlumatlarınızı bir-birinizlə bölüşmək məcburiyyətində qalırsınız.
Yuxarıda qeyd etdiyim tip saytlar bank kartlarının alışı üçün olan saytlardır. Yəni, İndoneziadan kimsə həmyerlisinin kartını 3 dollara satır, içindəki məbləğin nə qədər olduğunu bilməsə də, bu sürpriz məbləğ ola bilər, tutaq ki, 3 dollar verib aldığın kartın içində 10 min dollar da ola bilər, 10 dollar da.
Bir sual çıxır ortaya. Bəs, özü niyə istifadə etmir bu kartı? Adam dəli deyil ki, bir karta görə gedib 5 il yatsın içəridə, məlumatların oğurlayır, saytda satır və bir kart üçün 3-10 dollar aralığı məbləğ əldə edir
Hətta eləsi var ki, kartın içindəki məbləği yazır ki “Card balance – 30000 usd” Price- 300 USD
30.000 dollarlıq kartı satır 300 dollar əldə edir. Kimsə də bu kartı başqa bir ölkədən alaraq istifadə edir. Onun tapılması isə, uzun məsələdir, əksər hallarda tapılmır.
Qayıdaq başda dediyim mövzuya, sizin ətrafınızdakı həmən o X adlı şəxs də, bu saytların istifadəçisi ola bilər. Səhər ayılıb görərsiniz ki, kartınızdan Amerikadan 500 dollar məbləğində pul çəkildi.  İndi gözləyin ki, Azərbaycan polisi sizə gedib Kaliforniyadan adam tutub gətirəcək, pulunuzu ödətdirəcək
Kart məlumatlarınızı paylaşmayın, kartları göz önündə saxlamayın, kimsəylə ən yaxınınız belə olsa təhlükəsizlik baxımından CVV kod verilməsin.
Ehtiyac duymadığınız təqdirdə, kartı bankın mobil applikasiyası vasitəsilə blokda saxlayın, ehtiyac olduqda açmaq 1 saniyənin işidir.
Elman Mutallim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*