DİQQƏT: Banklarda kredit faizləri dəyişə bilər…backend

DİQQƏT: Banklarda kredit faizləri dəyişə bilər...

Son vaxtlar kapitalla bağlı tələblərin artması fonunda kiçik bankların daha iri maliyyə qurumlarına birləşdirilməsi məsələsi aktuallaşıb. Maraqlıdır, birləşmədən sonra müştərilərin kredit faizləri dəyişə bilərmi?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bankların konsolidasiyası nəzəri olaraq maliyyə xidmətlərinin ucuzlaşmasına gətirib çıxara bilər.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Ekspertin sözlərinə görə, böyük bankların xərcləri müştəri bazasının genişliyi hesabına daha səmərəli bölüşdürülür:

“Bank nə qədər böyükdürsə, onun xidmətlərinin ucuz olması mümkündür. Kiçik banklarda İT, inzibatçılıq, hüquqi və məhkəmə xərcləri faiz nisbətində daha çox yük yaradır. Böyük banklarda isə eyni xərclər həcmin böyüklüyünə görə daha az pay tutur. Nəticədə belə bankların gəliri də daha çox olur”.

Ə.Həsənov qeyd edib ki, bu baxımdan birləşmədən sonra kredit faizlərinin və digər xidmət haqlarının enməsi üçün potensial mövcuddur. Lakin real vəziyyətdə banklar bu üstünlüyü müştərilərə ötürməyə tələsmir:

“Teoriyada faizləri endirmək mümkündür, amma praktikada bunu etmirlər. Çünki düşünürlər ki, müştəri heç yerə getməyəcək. Digər banklarda da qiymətlər ucuz deyil. Bu səbəbdən birləşmə müştəri üçün əksər hallarda ciddi maliyyə üstünlüyü yaratmır”.

Ekspert hesab edir ki, bazarda real rəqabət artmadıqca, bank birləşmələrinin kreditlərə və xidmət haqlarına müsbət təsiri müşahidə olunmayacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*