DİQQƏT: Bu peşələr risk altındadır – SEÇMƏYİNbackend

DİQQƏT: Bu peşələr risk altındadır - SEÇMƏYİN

“Hazırda süni intellektin və avtomatlaşdırmanın sürətli inkişafı bir çox ixtisas sahələrini ciddi şəkildə dəyişdirir, bəzilərini isə birbaşa risk altına salır. Abituriyentlərə ixtisas seçimi zamanı bu dəyişiklikləri nəzərə almalıdır. Gələcək əmək bazarına uyğunlaşa biləcək ixtisaslara üstünlük verilməsi vacib hesab olunur”.

Bu sözləri təhsil eksperti Rizvan Fikrətoğlu KONKRET.az-a açıqlamasında səsləndirib:

Keyfiyyətli təhsil olmadan elm inkişaf edə bilməz-Rizvan Fikrətoğlu |  Informator informasiya portalı

“Risk altında olan sahələr arasında xüsusilə mühasibat uçotu və audit, məlumat emalı, katiblik, arxivçilik, kargüzarlıq və sığorta yönümlü ixtisaslar ön plana çıxır. Bu sahələrdə əsas fəaliyyətlər – hesablama, analiz, sənəd dövriyyəsi və məlumatların emalı artıq süni intellekt və avtomatlaşdırma sistemləri tərəfindən yerinə yetirilə bilir.

Bank sektoru ilə bağlı bir sıra ixtisaslar da risk altındadır. Artıq bir çox bank əməliyyatları rəqəmsal platformalar üzərindən avtomatik şəkildə həyata keçirilir və bu proseslərdə insan faktoruna olan ehtiyac getdikcə azalır”.

Ekspert hesab edir ki, bununla belə, bir sıra sahələr var ki, süni intellektin inkişafına baxmayaraq öz aktuallığını qorumağa davam edəcək.

“Bu sahələr arasında ilk növbədə texnologiya və mühəndislik yönümlü ixtisaslar, kompüter elmləri, süni intellekt, informasiya texnologiyaları və kiber təhlükəsizlik yer alır.

Eyni zamanda səhiyyə sahəsindəki bəzi ixtisaslar, məsələn stomatologiya, biotexnologiya və həkimlik kimi sahələr, insan təması və peşəkar yanaşma tələb etdiyindən, süni intellekt bu sahələrdə tam əvəzedici ola bilməz.

Təhsil sektorunda da müəllimlik ixtisası öz mövqeyini qoruyur. Süni intellekt müəyyən tədris vəsaitləri təqdim edə bilsə də, sinifdəki müəllim ilə tədris prosesində qurulan emosional və sosial əlaqə hələlik əvəzolunmazdır”.

Mütəxəssis qeyd edir ki, abituriyentlər yalnız bugünkü reallıqlara deyil, gələcək əmək bazarının tələblərinə uyğun ixtisas seçməlidirlər.

“ Ən uğurlu karyeralar, insanların öz maraq və bacarıqlarına uyğun seçimlər etdiyi zaman formalaşır. Bununla yanaşı, texnologiyaya uyğunlaşma bacarığı hər bir sahədə mühüm rol oynayır.

Nəticə etibarilə, ixtisas seçimi hər bir gəncin həyatında ən kritik qərarlardan biridir. Bu qərar yalnız indiki vəziyyətə deyil, gələcəyin dünyasına uyğunlaşma perspektivinə əsaslanmalıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*