DİQQƏT: Bu şəxslər hərbi xidmətə çağırılmayacaqbackend

DİQQƏT: Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

“Müvəqqəti sağlamlıq problemləri olan şəxslərin hərbi xidmətə çağırışı müəyyən müddətə təxirə salına bilər”.

Bu fikirləri KONKRET.az-a terapevt Rasif Bağırov səsləndirib. Bildirib ki, hərbi xidmətə yollanmazdan əvvəl pnevmoniya, travma, sınıq, cərrahi əməliyyat, appendisit və ya digər müvəqqəti xəstəliklər keçirən şəxslər sağlamlıqlarını tam bərpa edənədək çağırışdan azad edilməlidirlər:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." – Müsahibə

“Əgər kimsə pnevmoniya keçirirsə, təsadüfən travma alırsa, əli və ya ayağı sınırsa, yaxud əməliyyat olunubsa, bu zaman həmin şəxs müvəqqəti olaraq çağırışdan dayandırılmalıdır. Onlar tam sağaldıqdan sonra növbəti çağırış dövründə hərbi xidmətə yola salınmalıdır.”

Həkimin sözlərinə görə, belə hallarda çağırışçının 30 yaşına qədər kifayət qədər vaxtı olur və əsas məqsəd hərbi xidmətə sağlam şəkildə yollanmağın təmin edilməsidir.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, hərbi xidmətə çağırışdan əvvəl bəzi cərrahi əməliyyat keçirən şəxslər möhlət hüququ əldə edə bilir.

Hərbi-ekspert Ədalət Verdiyev həbs edildi Pravda.az

“Möhlət başa çatdıqdan sonra çağırışçılar yenidən tibbi komissiyadan keçirilir. Sağlamlıqlarında problem aşkar olunmadığı təqdirdə onlar hərbi xidmətə çağırılır, əks halda isə növbəti möhlət hüququna sahib olurlar”.

Aynurə İsmayıl

KONKRET.az

  • VÜQAR
    Noyabr 15, 2025 - 18:42

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Reablitasiya Agentliyində hərrc mərclik hökm sürməkdədir.Belə ki, bu Aagentlik yekun rəydə ucdantutma həqiqətən xəstə olan çağrışçılarıda sağlam çıxarır, Dövlət Səfərbərlik Xidmətidə hamısını hərbi xidmətə göndərməkdədir.Ona görədə həmin şəxslərin bir çoxu xidmətdən yararsız əlil kimi vaxtından əvvəl təxris olunurlar.Görəsən aidiyyatlı qurumlar buna nəzərat edəcəkmi??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*