DİQQƏT: Bu xəstəlik insanı KOR edirbackend

DİQQƏT: Bu xəstəlik insanı KOR edir

Dünyada 240 milyon insanı əhatə edən diabetin ağırlaşması olan diabetik retinopatiya 20-70 yaş arası insanlarda qarşısı alına bilən korluğun əsas səbəblərindən birinə çevrilib. 

KONKRET.az xəbər verir ki, Ümumdünya Şəkər İstehlakı Maarifləndirmə Həftəsi (19-25 sentyabr) ilə bağlı açıqlamada Dos. Ankara Atatürk Sanatoriyası Təhsil və Araşdırma Xəstəxanasının Göz Həkimi Prof. Dr. Arif Ülkü Yener, korluğun ən çox görülən səbəblərindən birinin şəkərli diabet olduğunu və bu xəstələrin mütəmadi olaraq göz müayinəsindən keçmələri lazım olduğunu bildirib.

Yener, “Diabet korluğun ən çox görülən səbəbidir. Bu diabet səbəbiylə inkişaf edə bilən “diabetik retinopatiya” və ya şəkərin gözün arxasına verdiyi zərərdir. Şəkər damarlarda qan axınının azalmasına, damar endotelinin qalınlaşmasına, bəzi maddələrin ətraf mühitə salınmasına, damarlarda yeni qan sızmasına səbəb olur. Və bu formalaşma korluğun ən çox yayılmış növüdür”.

Şəkər xəstəliyinin iki növü olduğunu izah edən Yener, 1-ci tip diabetin daha gənc yaşlarda başladığını qeyd edib.

Dos. Prof. Dr. Yener, “Bu tip diabetdə mədəaltı vəzində insulin istehsal edən hüceyrələr kifayət qədər insulin ifraz edə bilmir və diabetik retinopatiya və görmə itkisi daha çox olur”, – deyib.

Dəniz Pənahova 

KONKRET.az 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*