DİQQƏT: Məktəblərdə dərs saatları qısaldıla bilər – SƏBƏB BUDURbackend

DİQQƏT: Məktəblərdə dərs saatları qısaldıla bilər - SƏBƏB BUDUR

Qış aylarında hava şəraitinin kəskin dəyişməsi, soyuq və qarlı günlərin artması məktəblərdə dərs saatlarının qısaldılması məsələsini yenidən gündəmə gətirir. Bəs mövcud qaydalar buna nə dərəcədə imkan verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, dərs saatlarının müddəti və dərs prosesinin təşkili Nazirlər Kabinetinin təsdiq etdiyi normativ sənədlərə əsasən müəyyənləşdirilir.

“Hazırkı qaydalara əsasən dərs saatlarının fəsillərə uyğun olaraq qısaldılması və ya artırılması nəzərdə tutulmur”.

Ekspert qeyd edib ki, dərslərin idarə olunması vahid standartlara uyğun həyata keçirilir və bu standartlar ilin bütün dövrləri üçün eynidir.

“Yalnız fövqəladə hallar və xüsusi qərarlar olduğu təqdirdə tədris prosesində müvəqqəti dəyişikliklər edilə bilər”.

Beləliklə, qış mövsümündə dərs saatlarının avtomatik olaraq qısaldılması mövcud qanunvericiliyə əsasən mümkün deyil və tədris prosesi təsdiqlənmiş qaydalar çərçivəsində davam etdirilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*