Avropa İttifaqı Azərbaycanın dörd ermənini geri qaytarmasına belə REAKSİYA VERDİbackend

Avropa İttifaqı Azərbaycanın dörd ermənini geri qaytarmasına belə REAKSİYA VERDİ

Avropa İttifaqı (Aİ) Azərbaycanın dörd ermənini — Vaqif Xaçatryan, Gevorq Sudjyan, David Davtyan və Viken Eulcekciyanı Ermənistana təhvil verməsini alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Xidmətinin rəsmi nümayəndəsi Anita Hipper məlumat verib.

“Bu, Ermənistanla Azərbaycan arasında sülh prosesi baxımından irəliyə doğru atılmış mühüm addımdır. Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək”, — deyə o bildirib.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Magdalena Qrono də Anita Hipperin paylaşımını repost edərək bu addımı alqışladığını bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*