“Dodağına gülüş qonub…” – Siyavuş Novruzovun çıxardığı “komediya”+VİDEObackend

“Dodağına gülüş qonub…” - Siyavuş Novruzovun çıxardığı “komediya”+VİDEO

Siyasətdə bəzi personalar var ki, nə fəhmi, nə bacarığı, nə də nüfuzu ilə deyil, ancaq gülüş obyekti kimi yadda qalır. Azərbaycanda da bu tip siyasətçilər az deyil. Onlar arasında ən məşhuru və “gülüş mənbəyi” olan Siyavuş Novruzovdur. 

Suyu vedrə ilə ölçən, “molotovdan kotlet düzəldən” Siyavuş Novruzov parlament kürsüsündə əyləşdiyi illər ərzində ancaq gülüş obyektinə çevrilib. Onun hər danışığı bir komediya ssenarisinə bənzəyir, danışanda mütləq hansısa “quş” buraxır və bu səhv sosial şəbəkələrin gülüş mövzusuna çevrilir. Onun Albert Eynşteyn haqda məlum “zarafatı”, turistlə alpinist söhbəti, vedrə ilə su ölçməsi, “Molotov kokteyli”nə “kotlet” deməsi sosial şəbəkələrdə şəbədə mövzusudur.

Yenə parlament kürsüsündə əyləşmək istəyən Siyavuş Novruzov sentyabrın 1-də keçiriləcək parlament seçkilərində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsindən deputatlığa namizəddir.

Maraqlıdır, naxçıvanlılar Vasif Talıbovun yadigarı olan və suyu vedrə ilə ölçən Siyavuş Novruzova bu dəfə etimad göstərəcəkmi?!

Axı parlamentdə naxçıvanlıları təmsil edən Siyavuş Novruzov onların problemlərini həll etməkdən daha çox “komediya çıxarmaq”la məşğul olub.

Bəs Naxçıvanlılara komediya lazımdırmı?!



  • veteran
    Avqust 21, 2024 - 07:53

    O hüquqçünqs və hüquq elmləri doktorudur.Bunu da qeyd etmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*