Doğulduqları yerdə deyil, Hollywood-da uğur qazanan 10 ulduz – FOTOLARbackend

Doğulduqları yerdə deyil, Hollywood-da uğur qazanan 10 ulduz - FOTOLAR

Salma Hayek Meksikada anadan olub. Karyerası da orada başlayıb. 2001-ci ildə aktrisa Los Ancelesə köçüb, ancaq ABŞ vətəndaşlığını yalnız 2013-cü ildə alıb.

Pamela Anderson Kanadada doğulub və böyüyüb. 2004-cü ildə isə Amerikalı olub.

Natali Portman İsraildə anadan olub. Valideynləri onu üç yaşında Amerikaya gətiriblər.

Şarliz Teron Cənubi Afrikadandır. ABŞ-a köçdükdən sonra özünü modellik işində sınayıb və 19 yaşında aktrisa olmağa qərar verib.

Entoni Hopkins Uelsdə doğulub. Şayiələrə görə, ABŞ vətəndaşlığını alarkən az qala cəngavər titulunu itirib, amma aktyor özü bu fikirləri təkzib edib.

İrlandiyalı Pirs Brosnan Amerika pasportunu almazdan əvvəl 22 il ABŞ-da yaşayıb. Aktyorun sözlərinə görə, imtahandan keçmək zərurətindən həmişə qorxub.

Maykl Cey Foks əslən kanadalı olmaqdan qürur duyur. “Amerikalılar Rusiyanı Soyuq Müharibə, bizi isə xokkeylə tanıyırdılar”, – deyə aktyor etiraf edib.

Rejissor M.Nayt Şyamalan Amerika vətəndaşlığını alarkən adına “Nayt” sözünü əlavə edib. Hindistanda anadan olub, ancaq ABŞ-da böyüyüb.

Bir çox həmkarları kimi, aktrisa Reyçel Vaysın da iki pasportu var. Hər şeydən əvvəl o, İngiltərə vətəndaşıdır, daha sonra isə – ABŞ.

Emili Blant da ingilisdir. Lakin Hollywood okeanın o tayında yerləşir, buna görə də karyerası üçün köçməyə məcbur olub.

Hazırladı:R.ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*