Dollarla bağlı qərar verildibackend

Dollarla bağlı qərar verildi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilib.

Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ilin 16 iyun iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*