Dominikanda güclü yağışlar nəticəsində 21 nəfər ölübbackend

Dominikanda güclü yağışlar nəticəsində 21 nəfər ölüb

Dominikan Respublikasında yağan güclü yağışlar nəticəsində azı 21 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Fövqəladə Halların İdarə Edilməsi Mərkəzinin məlumatına görə, leysan yağışların evləri basması, elektrik enerjisinin kəsilməsi və yollara ziyan dəyməsindən sonra 13 mindən çox insan təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb.

Yerli mətbuat bildirir ki, bazar günü günortadan sonra 45 yaşayış məntəqəsi rabitəsiz qalıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*