Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldılarbackend

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldılar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

DSX-dən KONKRET.az-a verilən məlumata görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları – 1998-ci il təvəllüdlü Naqibullah Bəsir oğlu Hamrai, Zabedullah Bəhrhək oğlu Qurbani və 2003-cü il təvəllüdlü Fazil Əhməd oğlu Osmani saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*