Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə XƏBƏRDARLIQbackend

Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə XƏBƏRDARLIQ

Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.

KONKRET.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur.

Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, – deyə qurumun məlumatında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*