Naxçıvana hücum: yaralıların adları açıqlandıbackend

Naxçıvana hücum: yaralıların adları açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanında xəsarət alan 4 nəfərin kimliyi məlum olub.

KONKRET.az azərtac-a istinadla xəbər verir ki, yaralanan 4 nəfər bunlardır:

1. Babək rayon Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov;

2. Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov;

3. Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva;

4. Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı.

***

İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.

“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, – deyə o vurğulayıb.

 

***

İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerleşdiriliblər.

KONKRET.az xəbər verir ki, xəstəxanadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*